“Latsio”nun yarımmüdafiəçisi Daiçi Kamadanın müqaviləsini uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər artıq şifahi razılığa gəlib. 27 yaşlı yaponiyalı futbolçuya “Kristal Pelas”dan təklif gəldiyi bildirilirdi. Ancaq o, İtaliyada qalmağa qərar verib.
Ötən mövsüm Kamada 38 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.