Kateqoriyasız

“Yaşadığım təcrübələr məni yaxşılaşdırdı” – Renat Dadaşov

“İntizamlı olmaq hobbimdir. Ətrafımda artıq-əskik nəsə baş verəndə xoşum gəlmir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib. 23 yaşlı hücumçu İsveçrə mətbuatına müsahibəsində yeni komandasında özünü yaxşı hiss etdiyini bildirib: “Məşqlərdə əlimdən gələnin daha da artığını etmək istəyirəm. Komandada hamı yaxşı, peşəkar futbolçulardır. Bu qədər tez uyğunlaşacağımı düşünməzdim. Ümid edirəm ki, zaman keçdikcə çıxışıma görə qiymət veriləcək. Səhvlərimdən dərs çıxarmışam. Yaşadığım təcrübələr məni yaxşılaşdırdı”.

“Qrasshopper”də çıxış edən oyunçu avtomobillərə olan həvəsindən də söz açıb: “Üç il əvvəl istədiyim avtomobillərin siyahısını hazırlayırdım. Amma indi bilirəm ki, fərqi yoxdur. Sürixdə böyük maşına ehtiyacınız yoxdur. Avtomobil məni yalnız gedəcəyim ünvana çatdırmaq üçün lazımdır.

Qardaşım Rüfət Dadaşovla hər gün danışırasm. Ailə bağlarına çox önəm veririk. Hazırda “Şalke”də çıxış edən Rüfət mənə çox ilham verdi. Hələ də onun matçlarına baxıram”.

Qeyd edək ki, Renat Dadaşov “Qrasshoppers”lə 2 illik müqavilə imzalayıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43