"Bakı" futbol klubu bu gedişlə fəaliyyətini dayandıracaq.
İdmanxeber.com-un məlumatına görə, maddi sıxıntılar içərisində var-gəl edən paytaxt klubunda legionerlər artıq yavaş-yavaş göndərilir. Klubun icraçı-direktoru Yaşar Seyidov idmanxeber.com-a açıqlamasında "Bakı" dağılırmı?" – sualına sualnan cavab verib:
"Bu cür strukturu olan bir klub sizcə dağılarmı?".
Lakin "O zaman bu xəbərlər dezinformasiyadı, eləmi?" – sualını Seyidov nə təkzib, nə də təsdiq edib:
"Biz məşqlərimizi keçirik. Gəlib baxa bilərsiniz".
Gördüyünüz kimi, klub rəsmisi "Bakı"nın fəaliyyətini dayandırması ilə bağlı sualı tam olaraq cavablandırmadı. Hər halda bu dezinformasiya olsaydı Seyidov birmənalı şəkildə yalanlayardı.
Bizdən qalır sonucu gözləmək…