Ölkə futbolu

Yaşar Seyidov Nurlan Novruzovu hədələdi: “Ağlını başına yığ, abırsız olma!”

"Bakı"dan sənədlərimi heç cür ala bilmirəm. Klub məni get-gələ salıb. Elə qiymət oxuyurlar ki, konkret olaraq heç bir kluba satmamaq istəyirlər".

Bu sözləri "Bakı"nın futbolçusu Nurlan Novruzov idmanxeber.com-un yeni layihəsi olan "Səmimi söhbət"də qonaq olarkən deyib.

Sözügedən verliş gedərkən canlı bağlantı quraraq Yaşar Seyidovun da fikirlərini öyrəndik. Klub rəsmisi Novruzovu hədələyərək, bunları dedi:

"Ağlını başına yığ! Sənin nə qədər problemin olub ki, mən həll etmişəm. Əsgərlik məsələni də mən həll etmişəm. 21 günlük əsgərlik etmisən. Sənin "Bakı" klubuna verəcəklərin çoxdu. İnsan nə qədər abırsız olar? Sən əsgər ola-ola "Bakı"dan külli miqdarda pul almısan. Avqustdan bu yana 13 min manat "Bakı"nın kassasından pul almısan".

Novruzov da Seyidova elə bir cavab verdi ki…

Hamısı "Səmimi söhbət"in növbəti qalmaqallı buraxılışında. Yaxın günlərdə verlişi saytımızda izləyə biləcəksiniz.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43