Kateqoriyasız

Yaşar Vahabzadə: “Hesab daha böyük ola bilərdi”

"Komanda olaraq yaxşı futbol oynadıq. Uşaqlar verdiyimiz tapşırıqları dəqiq yerinə yetirdilər. Birinci hissədə qol epizodlarımız oldu. Təəssüf ki, yararlana bilmədik".

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə “Antalya Cup” turnirində bu gün Albaniyanın U-21 yığmasını 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Y.Vahabzadə bildirib ki, hesab daha da böyük ola bilərdi: "Fasilədən sonra qol imkanlarından istifadə etdik. Hesab daha böyük ola bilərdi. Sevindirici məqamlardan biri də qolların ikisinin dayaq yarımmüdafiəçisi, birinin isə müdafiəçi tərəfindən vurulmasıdır. Bu, onların hücamameyilli oyun nümayiş etdirməsindən irəli gəlir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43