Kateqoriyasız

“Yaxşı oyunla qələbə qazandıq” – Qurban Qurbanov

Misli Premyer Liqasında XVI turunda “Qarabağ” səfərdə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. O, əvvəlcə görüş barədə fikrilərini bildirib:

-“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib oyun idi. Nəticə öz yerində, mənim üçün futbolçuların daha yaxşı oyun göstərməsi vacib idi. Bu gün bunu gördüm. Yorulanlar çox oldu, zədələr də üzə çıxa bilər. Komandada yorğunluq var. Bu, düşünmədiyimiz zədələrə səbəb ola bilər. Bir neçə oyunçuda əzələ ağrıları oldu. Yaxşı oyunla qələbə qazandıq. Yaxşı da ab-hava var idi. “Neftçi”yə uğurlar arzulayıram”.

– “Zirə” ilə oyundan sonra futoblçulardan razı qalmadığınızı demişdiz. Qısa müddətdə nə dəyişdi?
– “Zirə”, bəlkə, daha yaxşı müdafiə olunurdu. Qeyd etmişdim ki, futbolçularımı anlayıram. İnsanda təkcə əzələlər yox, beyin də yorulur. Bu gün razı qaldım. Amma yorğunluq məni hələ də narahat edir. Sabah 1-2 zədəlimiz ola bilər. Futbolçularımı tanıyıram, başa düşürəm. Belə hallar yenə ola bilər.

– “Neftçi”dən belə zəif oyun gözləyirdiz?
– Heç kimə zəif deyə bilmərəm. Sadəcə, futbolçularım daha yaxşı idilər. Əvvəlki oyunlarda istifadə edilməyən fürsətlər bu gün istifadə edildi. “Neftçi” həmişə “Neftçi”dir. Bu gün bizdə daha çox alınırdı.

– Az müddətdə “Qəbələ” ilə 3 oyununuz var. Eyni rəqiblə ardıcıl matçlar futbolçulara mənfi təsir etməyəcək?
– Bütün komandalarımıza qarşı oynamaq mənim üçün çoxdur. 3 yox, 10 dəfə oynayaq. Amma ardıcıl oynayanda futbolçuları motivasiya etmək çətin olur. Dəfələrlə belə hallar olub. Müsbət və mənfi təsirləri var.

– Maksim uzun müddət sonra müdafiənin sağında oynadı. Bu işin öhdəsindən nə qədər gələ bildi?
– Daha çox təcrübə hesabına oynadı. Birdən-birə ora qayıtmaq asan deyil. Məsuliyyətli mövqedir. Ümumən, təcrübəsi hesabına danışdıqlarımızı düzgün yerinə yetirməyə çalışdı. Bir müddət də zədəli olmuşdu. Ümumən razı qaldım. Daha yaxşı Maksim görə biləcəyimizə inanıram.

– Ramil Şeydayev bir neçə imkandan yararlana bilmədi…
– Bir qol vurdu. Rəqib qapıçı çox yaxşı oynadı. Hücumçunun borcu qol epizoduna girmək və onlardan istifadə etməkdir. Ramil də yaxşı çıxış etdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43