25 Sentyabr 2024
Ölkə futbolu

“Yaxşı oyunu nəticəyə çevirə bilmirik” – “Zirə”nin kapitanı

“Oyuna istədiyimiz kimi başladıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. “Kəpəz” və “Sabah” üzərində qələbə qazanmışdılar”.

Bu sözləri “Zirə”nin kapitanı Qismət Alıyev İdmanxeber.az-ın Tovuza ezam olunmuş əməkdaşına müsahibəsində deyib.

Təcrübəli müdafiəçi bölgə klubları ilə səfər matçında stadionların dolu olmasına, oyunun daha da maraqlı alınmasından danışıb:

“İstər Gəncədə olsun, istərsə də digər bölgə komandaları ilə oynayanda futbolun təkcə Bakıda olmadığını hiss edirik. Bölgə səfərlərində azarkeşlər tirbunalarda daha çox olur. Düzdü, səfər oyunlarında ilk 5-10 dəqiqə həyəcan olur, daha sonra öz oyunumu oynamağa başlayırıq”.

Alıyev “Zirə”nin qeyri-stabil çıxışına da toxunub:

“Səbail”lə oyunu çıxsaq digər matçlarda yaxşı futbol sərgiləmişik. Sadəcə bu yaxşı oyunu nəticəyə çevirə bilmirik. Bizim “Şamaxı” ilə çətin ev və “Kəpəz”lə səfər oyunumuz var. Bu oyunlarda da qələbə qazanaraq durmumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43