Ölkə futbolu

“Yaxşı perspektivli futbolçularımız var” – Elmar Baxşıyev

Türkiyənin Antalya şəhərində hazırlaşan “Qəbələ” toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev Almaniyanın “Lukenvalde” klubu ilə qarşılaşma (3:2) haqda fikirlərini klubun rəsmi saytına saytına açıqlayıb:

“Antalya toplanışında ikinci görüşümüz idi. Əvvəlki qarşılaşmada az oynayanlara daha çox şans verməyi fikirləşmişdik. Düşünürəm ki, faydalı oldu. Bu qarşılaşma komandanı həmin ritmə daha da yaxınlaşdıracaq. Fikrimizdə bu matçda gəncləri daha çox sınamaq idi. Yaxşı perspektivli futbolçularımız var. Onlar gələcəkdə komandanın əsas üzvlərinə çevrilə bilərlər. Lakin onlar öz üzərində daha çox işləməlidir ki, həmin səviyyəyə çatsınlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43