Ölkə futbolu

Yay transferinin ən böyük gedişi baş tuta bilər: Rəşad Sadiqov “Neftçi”dən ayrılır?

“Neftçi”nin kapitanı Rəşad Sadiqovun işləri komandasın da heç də yaxşı getmir.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın aparıcı üzvlərindən olan Sadiqov kubok və “Qəbələ”, AZAL-la oyunun heç protokulunda da adı yer almayıb. Paytaxt klubunun baş məşqçisi Böyükağa Hacıyev Sadiqova istirahət verdiklərini desə də, sən demə bu yalan imiş. Belə ki, Sadiqovun zəif çıxışı onun  əvəzedici heyətə gödnərilməsi ilə nəticələnib. 

Yayda “Neftçi”ylə müqaviləsi bitəcək Rəşadın bu komandadan ayrılması gündəmə gəlib. Onunb intizamsızlığı və bu üzdən də əvəzedici heyətdə məşq etməsi, Sadoqvun bu komandadan gedə biləcəyinə işarədi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43