Ölkə futbolu

Yayda “İnter”dən ayrılacaq futbolçudan acı açıqlama: “Buna görə məni göndərirlər komandadan”

“Biz də istəyirdik çempion olaq. Mən futbolçu karyeramda heç vaxt çempion olmamışam. İnşallah gələcəkdə bu hissləri məndə yaşayaram”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “İnter2in futbolçusu Samir Zərgərov deyib.

Yayda “bankirlər”dən ayrılacaq Zərgərov karyerasını harada davam etdirəcəyini bilmir:

“Gedəcəyim bəllidi. Hansı klub daha münasib olarsa ora gedəcəm. Mənimlə “Xəzər Lənkəran”ın maraqlanmasını eşitmişəm. Ancaq belə bir şey hələ ki, yoxdu. Ola bilər ki, mən karyeramı iddialı komandada davam etdirməyim. Ancaq Azərbaycan futbolu üçün əlimdən gələni edirəm. Sxadadze məni komandadan ona görə göndəriri ki, çempionatın öncəki oyunlarında zədələndim və uzun müddət komamndaya kömək edə bilmədim. Düşünürəm buna görə, komandadan göndərirlər”.

Sonda futbolçuya “İnter” çempionluğa layiq idi, yoxsa “Qarabağ” – sualını ünvanladıq. Zərgərovun cavabı isə belə oldu:

“Qarabğ” layiq idi çempöionluğa”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43