Dünya futbolu

Yəhudilərdən etiraz: “Fənərbağça”nın stadionunun adı dəyişdirilsin

"Fənərbağça"nın türk əsilli yəhudi azarkeşləri maraqlı kampaniyaya start verib.

Türkiyənin "fanatik.com" saytının yaydığı xəbərə görə, azarkeşlər komandanın "Sükrü Saracaoğlu" stadionunun adının dəyişdirilməsini istəyirlər. Türkiyənin keçmiş baş naziri olmuş Saracoğlu barədə yəhudilərin "hasturk" saytında xəbər yerləşdirilib:

"Şükrü Saraçoğlunun həm bu ölkə, həm də, "Fənərbağça" klubu üçün müxtəlif xidmətlər göstərmiş olmasına qarşı, gətirdiyi zərər hamısından daha böyükdür. Saracoğlu, on minlərlə ailədə pərişanlıq və parçalanma yaradan xalqın var-dövlətini talayan biri olub. Buna görə "Fənərbağça stadionunun adı ən qısa müddətdə dəyişməlidir ".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43