Ölkə futbolu

Yenə inanmadılar: “Neftçi” Serbiyada “Qarabağ” Bakıda şanssızdı

Dünyaca məşhur bukmeker kontorları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşləri üçün əmsalları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, qitənin ikinci dərəcəli turnirində mübarizəni davam etdirən “Qarabağ” və “Neftçi”nin müvafiq olaraq “Tvente” və “Partizan” qarşısındakı şansları bəlli olub.

Beləliklə, “gamebookers” kontorunda ilk oyunu evdə Hollandiya “Tvente”sinə qarşı keçirəcək “Qarabağ”ın doğma azarkeşlər önündə qələbə qazanacağına verilən əmsal 3.75-di. Matçın heç-heçəsinə 3.40, hollandların Bakıdan qələbə ilə dönəcəyinə isə 1.85- əmsalı verilib. 

“Marathonbet” isə digər təmsilçimiz “Neftçi”ni Serbiyada qələbə qazanacağına az inanır. Belə ki, “Partizan”ın ev qələbəsinə 2.05 əmsal verilib. Matçın heç-heçəsi 3.35, “Neftçi”nin səfərdəki qələbə əmsalı isə 4.10-ə bərabərdi.

Qarabağ – Tvente 3.75 3.40 1.85

Partizan – Neftçi  2.05 3.35 4.10

Qeyd edək ki, ilk oyunlar avqustun 21-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43