Ölkə futbolu

Yeni baş məşqçinin köməkçiləri kim olacaq ?

Qurban Qurbanovun gedişindən sonra boş qalmış postu xorvatiyalı Nikola Yurçeviç tutacaq.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçinin əsas köməkçisi həmyerlisi Mario Tokiç olacaq. Bu barədə xorvatiyalı mütəxəssis özü açıqlama edib. O, həmyerlisi Tokiçə güvəndiyini, onun  toplanışlar və oyunlar zamanı Bakıya səfər edəcəyini bildirib.

Yurçeviçin başçılıq edəcəyi məşqçi korpusunda iki yerli mütəxəssis yer alacaq. Onların adları isə hələlik tam açıqlanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43