Kateqoriyasız

Yeni legionerlər “Kəpəz”ə Antalyada qoşulacaqlar

“Kəpəz” klubu transfer çalşmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu hazırda bir neçə legioner futbolçularla danışıq aparır. Tərəflərin yaxın günlərdə razılığa gələcəyi bildirilib.

Yeni oyunçular “Kəpəz”in təlim-məşq üçün yollanacağı Türkiyədə komandaya qoşulacaqlar.

Qeyd edək ki, Gəncə təmsilçisi yanvarın 2-də məşqlərə başlayıb. Komanda ayın 7-si təlim-məşq hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43