Dünya futbolu

“Yeni məşqçimiz Dəniz Yılmazın oyununu bəyənib”

“Bursaspor”un prezidenti Ali Ay millimizin hücumçusu Dəniz Yılmaz haqda müsbət fikirlər səsləndirib.

İdmanxeber.com-un məlumatına görə, komandanın yeni baş məşqçisi Pol Le Queninin Yılmazdan razı qaldığını deyib: “Baş məşqçimiz Dəniz Yılmazın oyununu bəyəndiyini mənə bildirib. Le Quen ona yeni transfer gözü ilə baxır”.

Qeyd edək ki, Yılmaz “Südtirol” və “Keçiörengücü” ilə yoxlama oyunlarında qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43