Dünyadan

“Yeni Məsud Özil” Arsenal-a getmir

Oyun tərziylə Məsud Özilə bənzədilən 16 yaşındakı Peter Qvarqis “Arsenal” əvəzinə “Feyenoord”u seçəcək.

İdmanxeber.com-un məlumatına görə, “Arsenal”ın baş məşqçisi Arsen Venger, komandaya bir Məsud Özil daha qatmaq istəyirdi, lakin görünən o ki bu hədəfinə çata bilməyəcək.

İsveç komandası “Husqvarna”nın əvəzedicilərində forma geyən Peter Qvarqis, ‘Yeni Məsud Özil’ olaraq anılır. Ancaq 16 yaşındakı oyunçunun hazırda Məsudla birgə Arsenal formasını geyməsi çətin görünür.

İsveçli gənc oyunçunun menecerliyini edən Valid Faur verdiyi açıqlamada, “Peterlə birlikdə Hollandiyadayam. Feyenoordla görüşəcəyik. Arsenal və PSV də bizə dəvət göndərdi, amma bu an ən uyğun yer Feyenoord olaraq görünür”, – deyə bildirib.

Faur, oyunçusunun Məsuda bənzədildiyini söyləyərkən, “Həm U17, həm də U19 komandaları ilə məşqlər edib. Solaxay, hücuma meyilli futbolçudur. Bir çoxları onun Yeni Məsud Özil olduğuna inanır”, – deyə sözlərini yekunlaşdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43