İdman

“Yeni örtük bizə bayram hədiyyəsi oldu” – GƏNCƏ STADİONUNUN DİREKTORU

Dünən Gəncə şəhər stadionunun qazonuna örtük gətirilməsi ilə bağlı informasiya vermişdik.

Stadionun direktoru Cabir İbrahimov İdmanxeber.com saytının əməkdaşı ilə söhbətində bu addımı olduqca müsbət qiymətləndirib. O, yeni örtüyün qazona xeyirli olacağını bildirib:

“Yeni örtük bayram günlərində gəldi. Bu bizə əsil bayram hədiyyəsi oldu (gülür) Bununla da ot örtüyü xoşagəlməz halla üzləşməyəcək. Güclü yağış və yaxud qar qazonu yarasız vəziyyətə sala bilməz. Örtük toxumadandı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43