Milli komanda

Yeni reytinq cədvəli açıqlandı – milli 4 xal itirdi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Son reytinqlə müqayisədə millimiz mövqeyini qoruyub, ancaq 4 xal itirib. Yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında martda  AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyaya 1:2 hesabı ilə uduzan, Litva ilə yoxlama görüşündə bərabərə qalan (0:0) komanda 1202 xalla 108-ci yerdədir.

Millimizin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1621) 5-ci,  Uels (1539) 19-cu, Slovakiya (1482) 32-ci, Macarıstan (1419) 51-ci pillədə qərarlaşıb.

Siyahıya 1737  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1734), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Prosineçki Malta ilə oyun üçün start heyəti açıqladı

admin

Millimiz darmadağın oldu – YENİLƏNİB

admin

FİFA reytinqi açıqlandı – millimiz neçəncidir ?

admin