Ölkə futbolu

Yeni stadionun tikintisi üçün 40 milyon lazımdı – AFFA-dan dəstək gözləyirlər

Azərbaycanda yeni 15.000 tamaşaçı tutumuna malik stadionun inşa ediləcəyini xəbər vermişdik.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, belə bir addımla “Şəfa” klubu çıxış edib. Paytaxt təmsilçisinin yeni rəhbərliyi və baş sponsoru “MY Group” MMC Bakıda artıq stadionu tikmək üçün yer də müəyyənləşdirib. Lakin arenanın inşa edilməsinə təxminən 35-40 milyon manat lazımdı.

Klub rəhbərliyi bu yöndə özünə AFFA-dan dəstək gözləyir. Əgər qurum stadionun tikintisi üçün nəzərdə tutulan bu maliyyənin bir qismini hansısa formada qarşılaya bilsə, o zaman, Bakıda yeni stadionun inşası an məsələsi ola bilər.

AFFA “Şəfa” klubunun yeni sahibinə bu yöndə dəstək göstərə bilməsə, paytaxt təmsilçisinin stadion tikmək planı yubana bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43