Ölkə futbolu

“Yeni transfer istəyərəm, ancaq pulumuz yoxdu” – Tərlan Əhmədov

“Azarkeşlərimizə təşəkkür edirəm, bu qədər yol qət edib bizə dəstək oldular”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Səbail”ə məğlub olduqları (0:1) oyundan sonra deyib.

Təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Məğlub olacağımız oyun deyildi. Meydanda üstün tərəf idik. Bu günə kimi bu qədər çox qol epizodu yaratmamışdıq. Şansları dəyərləndirə bilmədik. Rəqib bir dəfə gəldi, onda da qol vurdu. Komandam yaxşı oyun göstərdi. Futbolda belə şeylər olur”.

Əhmədov başqa transferlərin olmayacağını bildirib:

“Daha transfer olmayacaq. Futbolçu alacaq pulumuz yoxdur. İstəyərəm, amma büdcə yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43