İdman

Yeni transfer “Qəbələ”yə qoşuldu

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” bu ölkədə təşkil olunan təlim-məşq toplanışının 7-ci gününü başa vurub. Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesində yeni transfer Ceyms Adeniyi də iştirak edib.

Futbolçular öncə fiziki təmrinləri icra edib, ardınca toplu çalışmaları yerinə yetirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43