Kateqoriyasız

Yeni transferi “Qarabağ” haqda: “Nəhayət ki, burdayam, sevincliyəm”

Növbəti mövsümə hazırlaşan “Qarabağ”ımız heyətini gücləndirməyə davam edir. Komanda Portuqaliyanın “Çaves” klubunun mərkəz müdafiəçisi Kevin Medinanı heyətinə qatıb. Futbolçuyla 3 illik müqavilə imzalanıb.


Karyerası Portuqaliya ilə bağlı olan 27 yaşlı futbolçu keçən ilin yayından “Çaves”də çıxış edirdi. O, daha əvvəl “Akademiko Vizeu”, “Pinhalnovense”, “Sintrense”, “Moura” və “Naval”ın da formasını geyinib. Kolumbiyalı mərkəz müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.

Yeni transferi keçidi haqda öz fikirlərini klubun mətbuat xidmətinə açıqlamasında bildirib:

“Yeni klubuma gəldiyim üçün çox xoşbəxtəm. Təbii ki, “Qarabağ” barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də, səbrsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, buradayam, sevincliyəm.  Ümumi götürsək, çox xoşbəxtəm və klub barədə ancaq müsbət şeylər eşitmişdim. Əlimdən gələni edəcəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum. Bilirəm ki, “Qarabağ” ardıcıl 7 dəfə çempion olub və hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacam ki, komandanın uğurlarına kömək edim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43