Kateqoriyasız

“Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar” – Pedro Enrike

FutbolPressPremyer Liqanın 11-ci turunda “Qarabağ” – “Zirə” görüşünü (1:1) tribunadan izləyən “Kayserispor”un futbolçusu Pedro Enrike oyundan sonra müsahibə verib.

“Qarabağ”ın braziliyalı sabiq futbolçusu Bakıya istirahət üçün gəldiyini deyib:

– Həm istirahət üçün gəldim, həm də Bakıda çoxlu dostlarım var. “Qarabağ” mənim karyeramda xüsusi yeri olan klubdur. Mən bu oğlanlarla gözəl mövsüm keçirmişəm.

– Azarkeşlər hələ də sənin üçün darıxır. Onlar səni komandada görmək istədiklərini səsləndirirdilər.
– Bəli, elədir, bu, xoş oldu. Mən hələ də fanatlarla danışıram. Bəlkə də, bir gün bura qayıtdım. Klub keçmiş futbolçularına qapılarının açıq olduğunu bilirəm.

– Bir gün “Qarabağ”a qayıtmaq istəyərdin?
– Mənim “Kayserispor”la müqaviləm var. Heç nə bilmirəm. Yenidən burda oynamaq möhtəşəm olar. Bu barədə çox danışmaq istəmirəm. Türkiyədə müqaviləm var. Hər şeyi zamanla görəcəyik.

– “Qarabağ”ın oyunlarını izləyirsiniz?
– Bəli. Hər zaman bu klubu izləyirəm və əlaqəm var. APOEL-lə oyuna baxdım. Nəticəyə görə üzüldüm. Yaxşı oyun olsa da, belə alındı. Futbolda bəxtsiz anlar olur. Hələ də şanslar qalıb.

– “Qarabağ”da oynamaq asandır, yoxsa “Kayserispor”da?
– Türkiyədə çempionat çox güclüdür. Super Liqada asan oyun olmur. “Qarabağ” isə keyfiyyət baxımından digər komandalardan üstündür.

– APOEL-ə məğlubiyyətdən sonra “Qarabağ”ın Avropa Liqasındakı şanslarını necə dəyərləndirirsən?
– Mən inanıram və “Qarabağ”ı dəstəkləyirəm. Bunun üçün hələ şanslar var. İnanıram ki, “Qarabağ” bunu bacarar.

– “Qarabağ”dan niyə getdin? Klub səni saxlamaq istəmədi, yoxsa burda qalmaq fikrində deyildin?
– Elə situasiya idi ki, mən PAOK-a məxsus idim. PAOK-da müəyyən problemlər var idi, ona görə də “Astana”ya keçdim. Orada mənim problemlərim yaşanmışdı. Futbolda olan şeylərdir. PAOK məni “Astana”ya göndərmək istədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ailton “Qarabağ”da ilk seçimini etdi

admin

“Qarabağ”ın futbolçusu turun oyunçusu seçildi

admin

“Fənərbaxça” və “Trabzonspor”da Azərbaycanı təbrik etdi -FOTOLAR

admin