Ölkə futbolu

“Yenidən futboldan zövq almaq istəyirəm” – “Qarabağ”ın yeni transferi

“Müqavilə imzaladım, ilk oyunuma da çıxdım. Yenidən futboldan zövq almaq istəyirəm. Klub haqqında öncədən məlumatımlı idim. Məsələn, Abdullah Zubiri qeyd edə bilərəm. Hamı “Qarabağ” barədə yalnız xoş sözlər danışır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Adama Diakabi Polşa “Rakuv”una 0:3 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra deyib.

Təxminən 1 il əvvəl Bakıya gəldiyini xatırladan 27 yaşlı forvard həmin vaxt “Qarabağ”ın bazası və şəhər ilə tanış olub: “Komandanın bir çox oyunlarını izlədim. “Marsel” və “Olimpiakos”la olan matçlarına baxdım. Təəssüratlarım yaxşıdır”.

O, əvvəlki formasını mümkün qədər tez bərpa etməyə çalışdığını vurğulayıb: “Məşqçilər heyəti ilə hər gün işləyirik. Addım-addım irəliləyirik”.

Qeyd edək ki, Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43