28 Sentyabr 2024
Ölkə futbolu

Yenilənən “Neftçi Arena” – VİDEO

“Neftçi Arena”da təmir işləri tam yekunlaşıb.

İdmanxeber.az xəbər verir ki, meydançanın yarasız hala düşən ot örtüyü yenilənib və stadionun tribunalarının oturacağı “Neftçi”nin doğma rəngi ağ-qara ilə əvəzlənib.

Qeyd edək ki, yenilənən arenada “Neftçi” ilk oyununu bu gün “Sumqayt”a qarşı keçirəcək. Misli Premyer Liqanın 8-ci turu çərçivəsində keçiriləcək oyun saat 19:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43