01 Oktyabr 2020
Kateqoriyasız

Yerimizdə saydıq, Qazaxıstan irəliləyir

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, səfərdə İsrailin “Bney Yehuda” klubuna 1:2 hesabı ilə uduzan “Neftçi” Azərbaycana xal qazandırmayıb.

26-cı yerdə qərarlaşan Azərbaycanın son 5 mövsümdəki xalları 17,500-dür. 25-ci yerin sahibi Qazaxıstan “Astana”nın qələbəsindən sonra xallarını 18,500-ə çatdırıb.

Bu mövsüm “Neftçi” 1,125 reytinq xalı qazanıb. Paytaxt təmsilçisi Avropa Liqasında mübarizəni başa vurub.

“Qarabağ”ın qazancı isə 1 xaldır. Ağdam klubu Avropa Kuboklarında Azərbaycanı təmsil edən yeganə klubdur. Komanda Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA Klublar Komitəsi danışılmış oyunları müzakirə etdi

admin

Hansı klubumuz Honduras millisinin hücumçusunu transfer edir?

admin

“Neftçi”nin daha bir rəqibi bəlli oldu

admin