Kateqoriyasız

Yerli çempionatda kütləvi dava – AFFA-dan sərt reaksiya

Fevralın 22-də U-15 Liqasında keçirilən “Qarabağ”- “Sabah” oyununda dava düşüb.

İdmanxeber-azın məlumatına görə, bu haqda AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərarda bildirilib.

Qeyd olunub ki, final fitindən sonra “Qarabağ” və “Sabah”ın bir oyunçusu arasında dava başlayıb. Daha sonra bu dava futbolçular arasında kütləvi hal alıb.  “Qarabağ”dan və “Sabah” daha 3 oyunçu davada iştirak edib. Bu səbəbdən yeniyetmə futbolçuların hər biri 6 oyun cəzalandırılıb.

Ev oyununda təhlükəsizliyi təmin etmədiyi və azarkeşlərin də kütləvi  dava-dalaşda iştirak etməsi səbəbindən “Qarabağ” komandasına  1 oyunu azarkeşsiz keçirmək cəzası veriliv. Eyni zamanda,  məsələ ilə bağlı kluba ciddi xəbərdalıq olunub. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə daha ciddi sanksiyalar tətbiq ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43