Milli komanda

Yığmamız 9 nəfərlə qaldığı oyunda Portuqaliyaya məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Bernhard Lippertin komandası səfərdə Portuqaliyanın qonağı olub. Millimiz son oyunda 3:1 hesabı ilə məğlub olub.

9 sentyabr

Avropa çempionatının seçmə mərhələsi

21:00. Portuqaliya – Azərbaycan – 3:1 (İkinci hissə)

Qollar: Rafa Silva, 13 (1:0),  Abdulla Abatsiyev, 55 (1:1),Edgar, 82 (2:1), Rikardo, 90+1 (3:1)  

Qırmızı vərəqə: İlker Daşqın, 86, Samir Əliyev, 90 (hər ikisi Azərbaycan)

Hakimlər: Kleyton Pisani, Miçel Skerri, Luke Portelli, Adrian Azzopardi (hamısı Maltadandır)

Riu-Mayor şəhəri, “Municipal” stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43