Kateqoriyasız

Yığmamız Monteneqroya uduzdu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Monteneqronun eyni yaş qrupuna aid komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.

Podqoritsa şəhərində təşkil olunan təlim-məşq toplanışı şərçivəsində keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq  ki, bu komandalar arasında dekabrın 4-də keçirilmiş ilk oyunda yığmamız 1:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43