Milli komanda

Yığmamız norveçliləri məğlub etdi

Antalyada təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması bu gün növbəti yoxlama matçını keçirib.

İdmanxeber.com-un məlumatına görə, komandamız bu dəfə Norveçin “Konnerud” klubu ilə üz-üzə gəlib.

“Nonnerud”un 17 yaşadək futbolçularından ibarət yığması ilə qarşılaşan millimiz rəqibinə 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Antalyada ilk yoxlama görüşündə İsveçrənin “Benfika” klubunu 9:0 hesabı ilə darmadağın edən millimiz ikinci matçında Belarusun U-17 yığmasına uduzub – 1:2.

25 fevral

Yoxlama oyunu

16:00. Azərbaycan (U-16) – “Konnerud” (Norveç, U-17) – 4:2

Qollar: Elvin İmanlı, 15 (1:0), Hacı Hacıyev, 23 (2:1), Bahadur Həziyev, 27 (3:1), Elvin İmanlı, 59 (4:2)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43