İdman

Yığmamız Rusiyaya məğlub olub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Rusiya yığması ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub. Futbolçularımızdan Sabir Allahquliyev dubl edib. Bir dəfə isə Ramil Əliyev fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43