28 Fevral 2024
Milli komanda

Yığmamızdan bir qələbə, bir məğlubiyyət

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Balkan Fenerbaxça” klubu ilə qarşılaşan milli komandamız 9:0 hesablı qələbə qazanıb. Yusif Cəfərovun het-tirk etdiyi oyunda, Oruc İsmayılov, Famil Camalov və Nicat Süleymanov hərəyə iki dəfə fərqləniblər.

Növbəti qarşılaşmada rəqib Xorvatiyanın “RNK Split” komandası olub. Xorvatiya təmsilçisi qarşılaşmanı 4:0 hesablı qələbə ilə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43