Milli komanda

Yığmamızın 14 potensial rəqibi müəyyənləşdi

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirin 16 iştirakçısından 15-i müəyyənləşib.

İdmanxəbər.com-un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının Peşəkar Futbol Departamentinin rəisi Sergey Kulikov açıqlama verib.

O bildirib ki, indiyədək Rusiya, Azərbaycan, Yunanıstan, Slovakiya, Bolqarıstan, Hindistan, İran, Sloveniya, Belarus, Latviya, Estoniya, Litva, Qazaxıstan, Moldova və Sankt-Peterburq komandaları yarışa qatılacaqlarını təsdiqləyib. 16-cı iştirakçı isə hələ müəyyənləşməyib. Komandalar 1999-cu il təvəllüdlü oyunçulardan təşkil olunacaq. Turnir 2017-ci il yanvarın 7 – 22-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycanı turnirdə Təbriz Həsənovun yeni baş məşqçi təyin olunduğu 19 yaşadək futbolçulardan ibarət milli komanda təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43