Ölkə futbolu

Yığmamızın ilk məşqi – FOTOLAR

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə iştirak edəcək 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. Yığmamız Peterburqski İdman-Konsert Kompleksində ilk məşqinə çıxıb.

Xatırladaq ki, futbolçularımız turnirdə ilk oyununu yanvarın 4-də, saat 14:15-də, Peterburqski İdman-Konsert Kompleksində Yunanıstan komandasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43