Milli komanda

Yoahim Löv: “Azərbaycanla oyun çətin keçəcək”

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanla eyni – C qrupunda çıxış edən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yerli jurnalistlərə qarşıdakı oyunlarla bağlı fikirlərini bildirib.

56 yaşlı mütəxəssis noyabrda baş tutacaq San Marino səfərindən 3 xalla dönəcəklərinə əminliyini bildirib. Onun sözlərinə görə, Azərbaycan millisi ilə martın 26-da Bakıda keçiriləcək oyun çətin və baxımlı olacaq:

“Püşkdən sonra böyük xal fərqi ilə qrupda birinci yer tutacağımızı düşünmüşdük. Gücümüzə güvənirik. Ancaq Azərbaycanın üç oyundakı nəticələri bizi düşünməyə vadar edir. Görünən odur ki, Robert Prosineçki mübariz komanda yaradıb. Onlarla səfər oyununun çox çətin keçəcəyini indidən deyə bilərəm. Məqsədimiz martda Azərbaycan səfərindən bir xalla qayıtmaqdır. Hər nə olsa da, liderlik mövqeyimizi əldən verməməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43