Dünya futbolu

“Yobo dayı” gedir

Qış transfer dönəmində “Fənərbağça” bir futbolçu ilə yollarını ayıracaq.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Yoseb Yobo qışda komandadan gedəcək. 2010-cu ildə “Fənərbağça”ya “Everton”dan transfer olunan və göstərdiyi oyunu ilə azarkeşlərin sevgisini qazanan nigeriyalı futbolçu, komanda yoldaşları tərəfindən “Yobo dayı” deyə çağrılır.

Türkiyədə legioner limitinə görə, Yobo “sarı qırmızılılar”dan ayrılmaq məcburiyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43