Dünya futbolu

Yunanıstan derbisi yarıda qaldı – azarkeşlər stadionu yandırdı

Yunanıstan Superliqasının 25-ci turunda “Olimpiakos” əzəli rəqibi “Panatiniakos”un qonağı olub.

İdmanxeber.az-ın məlumatına görə, iki əzəli rəqibin qarşıdurmasında yaşanan hadisələrə görə oyun yarımçıq dayandırılıb.  Qonaq komandanın hesabı açmasından sonra yerli azarkeşlər qəzəblənərək tribunanı yandırmağa başlayıblar. Bununla da kifayətlənməyən azarkeşlərin bir qısmı meydana girməyə başlayıb. Buna mane olmağa çalışan polis onlara qarşı gözyaşardıcı qazlardan istifadə edib.

Matçın almaniyalı hakimi Marko Fritz görüşün 70-ci dəqiqəsində çıxan olaylara görə oyunu təxir edib. Hadisələr stadionun çölündə də davam edib. Bəzi azarkeşlərlə polislər arasında qarşıdurma baş verib.

Qeyd edək ki,  “Olimpiakos” matçın 53-cı dəqiqəsində Migel Guerreronun qolu ilə qarşılaşmada 1:0 önə keçmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43