Kateqoriyasız

Yunanıstan millisinin üzvü “Neftçi”yə keçə bilər

“Neftçi” “Panatinaikos”un futbolçusu Dimitris Kolovosla maraqlanır.

27 yaşlı hücumameyilli yarımmüdafiəçinin ölkəsində və ya xaricdə oynamaq istəyi hələ ki bəlli deyil. “Panatinaikos” Kolovosu yeni mövsüm üçün heyətdə düşünmür və onu icarəyə vermək niyyətindədir.

Yunanıstan millisinin üzvü 2019-cu ildən “Panatinaikos”da çıxış edir. O, ölkəsində “Olimpiakos”, “Panionios”, Kiprin “Omoniya”, Belçikanın “Mexelen” və Niderlandın “Villem II” klublarının da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43