Ölkə futbolu

Yunis Hüseynov: “Azərbaycan Premyer Liqası “yox” səviyyəsindədi”

“Bu günkü görüşdə “Qarabağ”a uğurlar arzu edirəm İnşallah, qələbə qazanan tərəf biz olacağıq. Komandamızın gücü buna imkan verir”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri veteran futbolçu, təcrübəli mütəxəssis Yunis Hüseynov deyib. Axşam baş tutacaq  UEFA Çempionar Liqasının pley-off görüşü çərçivəsində “Qarabağ” – “Kopenhagen” qarşılaşamasını dəyərləndirən Hüseynov ağdamlıların yaxşı heyəti olduğun bildirib: 

“Kopenhagen”in son oyunlarına internet vasitəsi ilə baxdım, pis komanda deyil. Ən azından Danimarka çempionu olublar, nə deyə bilərik? Ancaq “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində topladığı yetəri sayda təcrübə var. Demək istədiyim odu ki, komandamızı zəif bilməyək. Düzdü, çempionatımız hazırda “yox” səviyyəsindədi. 8 komanda mübarizə aparır, “Qarabağ” belə yarışda çox güc itirir. Mən sizə deyim ki, bu Qurban Qurbanovun komandası üçün mənfidi. Gərək, çempionatımızda rəqabət olardı”.

52 yaşlı futbol adamı “köhlən atlar”ln heyətinin də Çempionlar Liqası üçün qənaətbəxş olduğunu da sözlərinə əlavə etdi: “Baxmayaraq ki, Reynaldo komandadan ayrılıb, amma nə etmək olar? O çox yaxşı futbolçu idi. Onun əvəzinə komandaya cəlb olunan futbolçunun nə dərəcədə uğurlu transfer olduğunu gələcəkdə görəcəyik. Ancaq ümumilikdə “Qarabağ”ın pis heyəti yoxdu. Mən elə düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43