Kateqoriyasız

Yunis Hüseynov istefa verdi – “Keşlə”də qarışıq durum

Keşlə”nin baş məşqçisi Yunis Hüseynov istefa verib.

Bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, Y. Hüseynov bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Keçirilən görüşdən sonra Yunis Hüseynovun istefası qəbul olunub.

55 yaşlı mütəxəssis “Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.

Klub rəhbərliyi də öz növbəsində Yunis Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Y.Hüseynov 2020-ci ilin avqustunda komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda Azərbaycan Premyer Liqasında 14 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qurban Qurbanov: “Türkiyədə oynamaq üçün israr etdik”

admin

Azərbaycan üzərində qələbə Modriçə hədiyyə olacaq

admin

Ramil Şeydayev üçün çətin günlər

admin