İdman

Yunis Hüseynov: “…sabah xal götürə biləcəyik”

Bu gün keçirdiyi məşqlə “Kəpəz” evdə “Səbail”ə qarşı keçirəcəyi oyunun hazırlığını başa vurub.

İdmanxeber..com-un məlumatına görə, mətbuat və azarkeşlər üçün açıq olan məşq prosesindən sonra komandanın baş məşqçisi Yunis Hüseynov matçla bağlı fikirlərini bölüşüb: “Üç oyundur ki, məğlub oluruq. Ona görə gəncəli futbol azarkeşlərini sevindirmək istəyirik. Komandamız uduzduğu matçlarda meydanda pis təsir bağışlamayıb, sadəcə, qol vura bilməmişik. Düşünürəm ki, sabah xal götürə biləcəyik. Futbolçulara inanıram. Uğursuzluq zolağından çıxmaq istəyiriksə, xal qazanmaq mütləqdir. Uşaqların özünə inamını qaytarmaq üçün uğura köklənmişik. Maksimum şəkildə gücümüzü göstərməliyik. Oyuna qaydasında hazırlaşmışıq, əhval-ruhiyyə yaxşıdır. Zədəsinə görə Dieqo Souza komandaya kömək edə bilməyəcək. Digər oyunçular mübarizəyə tam hazırdılar”.   


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43