İdman

Yunis Hüseynov: “Vinçestr “Kəpəz”ə gələndə məni inandırdı ki…”

“Kəpəz”in futbolçusu Şadon Vinçestr komanda daxilində nizam-intizam qaydalarını pozduğuna görə baş məşqçi Yunis Hüseynov tərəfindən cəzalandırılıb.

İdmanxeber.com-un məlumatına görə, məsələyə münasibət bildirməsi üçün Gəncə klubunun çalışdırıcı ilə əlaqə saxladıq. Təcrübəli mütəxəssis əməkdaşımızla söhbətində məsələ ilə bağlı bunları dedi: “Bir az vaxt keçsin, sizə onunla bağlı hər  şeyi deyərəm. Hələki gözləyək. Vinçestrlə bağlı problem olub. Bu həm də onun artıq çəkisi ilə bağlıdı. “Kəpəz”ə gələndə məni inandırdı ki, hər zaman bu çəki ilə futbol oynayıb. Mən də ona inandım. İndi görürəm ki, artıq çəkisi göz önündədi. Meydanda tam olaraq istədiyini edə bilmir. Hələlik onunla bağlı heç bir söz deyə bilməyəcəm. Gözləyək görək nə olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43