11 Oktyabr 2024
Kateqoriyasız

Yurçeviç AFFA-ya hesabat verdi

AVRO-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimizin baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda son iki oyunda göstərilən uğursuz nəticələr müzakirə olunub.

Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan yığmasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43