Kateqoriyasız

Yurçeviç məğlubiyyəti şərh etdi

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsinin son turunda Slovakiyaya qarşı səfər matçından (0:2) sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib:

– Slovakiya millisini qələbə münasibəti ilə təbrik edirəm. Qrupda ikinci ola bilməsələr də, Millətlər Liqasından Avropa çempionatına vəsiqə əldə etmək şansları qalır. Onlara uğurlar arzulayıram. O ki qaldı oyuna, əvvəldən heyətlə bağlı ciddi problemlərimiz var idi. Maksim, Mahir, Nazarov, Almeyda, Paşayev yox idi. Fasilədə Eddi oynaya bilmədiyini söylədi. İlk yarıda çox əsəbi idik. Ötürmələrdə dəqiqlik çatışmırdı. İkinci hissədə çox yaxşı oynadığımızı düşünürəm. Qol vurmaq üçün şanslarımız da var idi. 82-ci dəqiqədə hesabı bərabərləşdirməyə çox yaxın olduq. Təəssüf ki, şansdan faydalana bilmədik.

– İstər azarkeşlər, istər jurnalistlər arasında Şəhriyar Rəhimovun millinin formasını geyməsi birmənalı qarşılanmır. Açıqlaya bilərsiz ki, Rəhimov hansı xüsusiyyətinə görə millinin əsas heyət üzvünə çevrilib?
– Taktiki keyfiyyətləri ilə bağlıdı. Sirr deyil ki, Slovakiya daha çox hücum edən tərəf idi. Onun keyfiyyətləri də müdafiədə bizə çox kömək edirdi.

– Eddi İsrafilov komanda ilə yalnız 1 məşqə çıxsa da, bu gün start heyətində yer aldı. Düşünmürsüz ki, onun bu gün start “11-lik”də yer alması ilk gündən yığmanın düşərgəsində əziyyət çəkən futbolçulara qarşı haqsızlıq idi?
– Nəzərə almaq lazımdı ki, Eddi komandamızda fiziki cəhətdən ən güclü futbolçulardan biridi. Fasilədə emosional şəkildə oynaya bilmədiyini dedi və buna görə də əvəzləndi.

– Renat Dadaşovu ikinci hissənin əvvəlində meydana buraxmaq olmazdı? Emin Mahmudovun son 2 oyunda heyətə düşməməsinin səbəbi nədi?
– Verdiyiniz sualım başa düşürəm. Amma hər əvəzetmə ilə bağlı açıqlama verməli olsam… İkinci hissənin əvvəlindəki əvəzetmə planlarımız daxil deyildi. Mən Emini meydana daxil etmək istəyirdim. Hətta ona hazırlaşmağı demişdim. Amma hücumda kəsərli olduğumuzu görüb düşündüm ki, Təmkinin oyuna qoşulması daha məqsədəuyğundu. Son 30 dəqiqədə Emini Cavidin əvəzinə meydana buraxmaq istəyirdim. Lakin ilk yarıdan sonrakı məcburi əvəzetmə, buna imkan vermədi.

– Bütün seçmə mərhələni 1 cümlə ilə necə ifadə edə bilər?
– Cəmi 1 xal yığdığımıza görə xoşbəxt deyiləm. Amma qarşıdakı həftələr ərzində analiz aparmaq üçün kifayət qədər vaxtımız olacaq. İndiki məqamda deyə bilərəm ki, razı qaldığım cəhət gənclərin oynamaq şansı qazanmasıdı. Bəraət qazandırmaq istəmirəm, amma keyfiyyətli komandalara qarşı oynadığımızı da qeyd etmək lazımdı. futbolpress.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycanın 2020-ci il üçün FİFA hakimləri

admin

Dünya futbolunda görünməmiş hadisə Bundesliqada yaşandı – Video

admin

Premyer Liqamızda II tur start götürür

admin