Ölkə futbolu

“Yurçeviç “Qarabağ”a simpatiyası olduğunu göstərdi” – Qurban Qurbanov

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Toplantıdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlama verib. Komitənin üzvü olan Qurbanov müzakirə edilən mövzulardan danışıb: “İclasda Tovuzda açılacaq akademiyadan və VAR sistemi barədə danışdıq. Bundan başqa, digər məsələlər barədə də fikir mübadiləsi oldu. İcraiyyə Komitəsindən çıxmamışam, burdayam”.

Qurban Qurbanov millimizin baş məşqçisi Nikola Yurçeviçlə görüşündən danışıb:

“Yurçeviçlə bəzi futbolçulardan danışdıq. O, “Qarabağ”a baş çəkmək istədiyini dedi. Klubumuzun bazasına gələrək, futbolçularla görüşəcəyini söylədi. Əlbəttə, mən də heç bir problem olmadığını vurğuladım. Mənim tərəfimdən nə lazımdırsa, hər zaman dəstək verməyə hazıram. Normal fikir mübadiləsi apardıq, açıq söhbət etdik. Yurçeviç “Qarabağ”a simpatiyası olduğunu göstərdi. Görüşümüzdə qeyri-adi nəsə yoxdu. Milliyə, futbolumuza kömək etmək borcumuzdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43