Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç “Krılya Sovetov” klubunda forma geyinən Ramil Şeydayevi yığmaya çağırıb.
İdmanxeber.az xəbər verir ki , bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu Azərbaycan millisinin AVRO 2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə keçiriləcək Xorvatiya və 4 gün sonra Bakıda Litvayla oynanılacaq yoxlama oyununun heyətində yer alacaq.
Qeyd edək ki, Ramil Şeydayev “Krılyo Sovetov”un heyətində son iki oyunda 2 qol vurub.