Ölkə futbolu

Yurçeviç Xorvatiyaya niyə qayıdıb? – özü açıqladı

“Yazılanlar doğru deyil. Bilmirəm, bu cür qeyri-dəqiq xəbərlər haradan çıxır. Hər gün Dmitri Kramarenko və Arif Əsədovla oluruq, komandaya aid məsələləri müzakirə edirik. Bunu onlardan soruşaraq da, dəqiqləşdirə bilərsiniz”.

Bu sözləri  milli komandamızın baş məşqçisi Nikola Yurçeviç deyib. Premyer Liqamızın oyunlarını izləmədiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən xorvatiyalı mütəxəssis deyib: “Xorvatiya və Litva ilə oyunlardan sonra Bakıda olmuşam. Son 2 turun ümumilikdə 5 oyununu tribunadan canlı izləmişəm”.

Hazırda ölkəsi Xorvatiyada olan çalışdırıcı ölkəsinə getməsinin səbəbini də açıqlayıb: “Heç bir problemim yoxdur. Dünən bir neçə günlük Zaqrebə gəlmişəm. Anamı və bacımı ziyarət edəcəyəm. Bundan başqa, millinin məşq planını tərtib etmək üçün fitness və analiz üzrə məşqçilərlə görüşəcəyəm. Köməkçim Mario Tokiç hazırda Bakıdadır və bu turun oyunlarınız canlı izləyəcək. Növbəti tura qədər isə özüm də Bakıda olacağam”.  (qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43