Dünya futbolu

“Yurçeviçin bizə qarşı planı olacaq” – Kaliniç

Xorvatiya millisinin qapıçısı Lovre Kaliniç yerli mətbuata müsahibə verib.

Martın 21-də AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda millimizlə keçiriləcək oyuna da toxunan Kaliniç deyib ki, həmyerlisi olan yığmamızın yeni baş məşqçisi Nikola Yurçeviçin onlara qarşı plan hazırlayacağını bildirib:

“Bu gün hamı qələbə qazanmaq üçün nələr edə biləcəyini götür-qoy edir. Nikola Yurçeviçin Xorvatiya yığması barədə azərbaycanlı futbolçulara nələrisə deməsi mümkündür. Onu şəxsən tanıyıram, necə deyərlər, görüşəndə salamlaşırıq. Bizə qarşı planı olduğuna şübhə etmirəm. Bəlkə də, Azərbaycan qalib gəlmək istəyir. Amma biz heç kimdən qorxmuruq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43