Ölkə futbolu

Yurçeviçin köməkçiləri bəlli oldu

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç köməkçilərinin adını açıqlayıb. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, xorvatiyalı mütəxəssisə Mario Tokiç və Arif Əsədov yardım edəcəklər. Dmitri Kramarenko isə millinin qapıçılar üzrə məşqçisi qalmaqda davam edəcək.

Qeyd edək ki, Kramarenko Qurban Qurbanovun komandasında da analoji postu tuturdu. Arif Əsədov isə sonuncu dəfə ötən mövsüm I dəstədə “Sabah” klubunu çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43