Dünyadan

Yurgen Klinsman: “Azərbaycanı məğlub etməliyik”

“Bizi üç oyun gözləyir: Azərbaycan, Türkiyə və Nigeriya yığmalarına qarşı. Biz bu oyunlarda qələbə qazanmalıyıq. Bu, bizə psixoloji nöqteyi-nəzərdən dünya çempionatına daha yaxşı hazırlaşmaq imkanı verəcək”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann Braziliyada baş tutacaq Dünya Çempionatı ərəfəsində komandasının keçirəcəyi yoldaşlıq oyunlarında öncə deyib.

Almaniyalı mütəxəssis rəqiblərini də dəyərləndirib: “Bu yığmalar çox yaxşı rəqiblərdi. Onlarla oyunlar bizə oyunçularımızın hansı vəziyyətdə olmasını müəyyən etməyə imkan verəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43